GƏNCLƏRİN ƏN YAXIN DOSTU-FORUM MiDEO

GƏNCLƏRİN ƏN YAXIN DOSTU-FORUM MiDEO


 
AnasayfaTakvimGaleriMVSAxtarQeydiyyatdan keçinİstifadəçi siyahısıİstifadəçi qruplarıGiriş

Payla | 
 

 Çingiz Mustafayev

Əvvəlki mövzu Sonrakı mövzu Aaa gitmek 
MüəllifIsmarıc
Samir



Erkek
İsmarıc sayı : 1
Points : 0
Registration date : 24/02/07

Yeni mövzuMövzu: Çingiz Mustafayev   26.02.07 19:40

Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı «Cəngi» birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi.
Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət televiziyasında reportyor kimi çalışmaqa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəlaiyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədn məlumat verən telequrum kimi qəbul edirdilər.
Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinn 1992-ci ilə qədər olan dövrünün əsil salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əskər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əskərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qəısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.
Və Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi.
Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.


Redaktə edən: , son redaktə tarixi: 26.02.07 19:46, cəmi 1 dəfə
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
Samira

avatar

Kadn
İsmarıc sayı : 27
Age : 37
Şəhər/ölkə : Gəncə/Azərbaycan
Points : 2
Registration date : 24/02/07

Yeni mövzuMövzu: BAĞIŞLA BİZİ, ÇİNGİZ!…   26.02.07 19:43

Biz sənə çox şeyi bağışlaya bilmirdik. Sən bizə hər şeyi bağışla, Çingiz!
Bağışla ki, sənə paxıllıq etməkdən, sənə həsəd aparmaqdan özümüzü saxlaya bilmədik. Bağışla ki, sənin uğurlarına həmişə ürəkdən sevinməyi bacarmadıq. Bağışla ki, azacıq büdrəyəndə bəzən ayağından dartmağa can atırıq. Bağışla ki, yağı gülləsinə tuş gələnəcən neçə dəfə tikanlı sözlərimizə, xəbis baxışlarımıza , kinli istehzalarımıza hədəf eləmişdik səni; bu tikanlı sözlərlə, xəbis baxışlarla, kinli istehzalarla neçə yol ürəyini ağrıtmışdıq, könlünü dağlamışıq, ruhunu küsdürmüşük. Bağışla ki, sənin haqqını danırıq, adını yüz yerə, yüz cürə hallandıra-hallandıra sinənə dağ çəkirdik. Bağışla bizi Çingiz, sənin haqqını danıb adını hallandıranların hamısının əvəzinə ruhunun qarşısında yüz dəfə, min dəfə, milyon dəfə üzr istəyirəm. Sənin ruhun mənim üzürxahlığımı qəbul edər – elə bilirəm ki, adını hallandırıb haqqını danmayan şəxsən mənim sənin ruhundan üzr diləməyə hardasa ufacıq da olsa haqqım çatır. Və bu ufacıq haqqa söykənib hamınızın adından o, müqəddəs o göbzəgörünməz ruhuna üz tutub deyirəm: bağışla bizi…!
Adətən belə hallarda – aramızdan qəfil gedən nakam oğullarımız haqqında bu cür deyirik: bağışla ki, səni QORUYA bilmədik. Mənsə ruhuna üz tutub deyirəm: bağışla ki, səni ANLAYA bilmədik. Anlaya bilmədik - çünki ixtisasca jurnalist olmayan sənin bu meydanda bu cür cəsarətlə, qeyrətlə, ustalıqla at oynatmağın. Meydan sulamağın bizə qəribə gəldi; bizə çatmadı. Sən bu meydanda qəfil peyda oldun; sürətlə gəlib və gəldiyin sürətlə qəfil atını çapıb qeybə çəkildin. Və sənin cəmisi 32 illik mənalı həyatın kimi, jurnalist fəaliyyətinin ömrü də şimşək kimi çox qısa oldu. Lakin bu qısa vaxtda sən bizim çoxlarımızın edə bilmədiklərini etdin, özü də təkbaşına. Bir az da bu çatmadı bizə: bir az da burasını anlaya bilmədik. Üstəlik sən həm də həkim idin – bir az da burası çaşdırdı bizi.
İxtisasca musiqiçi deyildin, amma musiqisiz yaşaya bilmirdin – bizə qəribə görünən bir az da burası oldu. Və biz səni dərk edə bilmədik; bu meydanda necə peyda olduğunu və niyə peyda olduğunu heç cürə anlayanmadıq.
İndi isə anladıq: sən ixtisasca vətəndaş idin – vətənin müqəddəsliyini, torpağın müstəqilliyini, yurdun azadlığını, xalqın xoşbəxtliyini canından artıq sevən, bu yolda canından keçməyə hər dəqiqə hazır olan qeyrətli, cəsarətli, fədakar, adı böyük hərflərlə yazılmağa layiq olan VƏTƏNDAŞ!
…Heç demə çox adi, çox sadə bir həqiqətmiş. Fəqət biz bu adidən adi, sadədən sadə həqiqəti gec, çox gec anladıq. Bağışla bizi, Çingiz!..

Mahir QARAYEV.
«AZƏRBAYCAN» qəzetinin xüsusi buraxılışı. «ÇİNGİZ».
İyun, 1993
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
 
Çingiz Mustafayev
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
GƏNCLƏRİN ƏN YAXIN DOSTU-FORUM MiDEO :: Vətənim Azərbaycan-
Keç: